Menu

Haqqımızda

Aromisy (aze: Aromisi) şirkəti 2013-cü ildə yaranmışdır. Sloqan: “Ətir dad və zövqlə dolu”.
Şirkətin əsas yaranma səbəbi Azərbaycanda satış franşizası olduğu Türkiyyənin yeganə “Prêt a Porte” markası olan MACHKA və satış distribütoru olduğu Almaniyanın Underberg AG şirkətinin dünyada keyfiyyəti ilə seçilən bütün məhsullarını insanlara təqdim etməkdir.

Underberg (aze: Underberq) qrupu dünyanın hər yerinə tünd spirtli içkilər, şərab və şampan ixrac edir.

Hal hazırda nəslin 5-ci və 6-cıları olan: Emil Underberq, Kristiana Underberq və Xubertina Underberq-Ruder rəhbərlik edirlər.

Şirkətin bütün məhsulları dünyada məşhurdur, lakin “Underberg” adı ilə tanınan brend daha məşhur və xüsusidir. Bu məhsulun dünyaya sirr olan resepti 43 ölkədən gətirilən müxtəlif növ otlardan hazırlanmasıdır. Hazırlanma metodu “semper idem” adlanır hansı ki, latın dilindən tərcümədə “heç bir zaman dəyişilməz” mənasını verir.

Sənaye müəssisəsi 17 İyun 1846-cı ildə Hubert Underberq və xanımı tərəfindən elə onların toy günündə Almaniyanın Raynbert şəhərində yaranmışdır və bugünədək Underberq ailəsi sahibkarlığını davam etdirir.
Məlumdur ki, o zamanlar da saxtakarlıq dünyada baş alıb gedirdi və Underberq saxtakarlardan qaçmaq üçün onlar müəllif hüquqlarına əlavələr edərək, şüşənin formasını, qablaşdırılmasını, rəngini və etiketini dəyişdirdilər. Buna baxmayaraq, saxtakarlara bütün bunlar mane olmadı. O gündən etibarən Underberq 1200-dən artıq saxtakarlıq və müəllif huquqlarının pozulması ilə bağlı güc strukturlarına müraciətlər etmişdir.

 

Underberg AG tərkibinə daxil olan Şirkət və Brendlər çoxdur. Nəzərinizə siyahını təqdim etmək istərdik:

Underberg (Underberq)
Asbach Cognac-Brandi (Asbax Konyak-Brendi)
Broker’s Gin (Brokers Cin)
Dettling Kircsh (Detlinq Kirş-Albalı)
Goldwasser Liqueur (Qoldvazer Likör)
Gurktaler Liqueur (Qurktale Likör)
Linie Aquavit (Liniya Akvavit)
Pitu Cachaça (Pitu Kaçasa)
Riemerschmid Syrups (Rimaşmid Meyvəli Siroplar)
Rossbacher Liqueur (Rosbaxa Likör)
Silla El Fuerte Tequila (SiElFuert Tekila)
Tiffin Tea Liqueur (Tiffin Çay Likörü)
XUXU Strawberry Liqueur (KsuKsu Çiyələk Likörü)

Əlavə məlumat almaq üçün: www.underberg.com